-
- 10-10-2024, 21:27
- 18 233
Xalçanızın altına dəfnə yarpağı qoyun: Görün nə edir
Evinizdə xalçaların altına dəfnə yarpağı qoymaq ilk baxışdan olduqca mənasız görünə bilər.
News24.az xəbər verir ki, daha çox mətbəx və vanna otağında istifadə etdiyimiz dəfnə yarpaqlarından qeyri-adi şəkildə istifadənin çox faydalı təsirləri var.
Gün ərzində yaşanan intensivlik ayaqlarımıza əks olunur. Evə gələndə ayaqlarımızı yusaq belə, tam olaraq kirdən təmizlənməmiş ayaqlar zamanla xalçalarda ləkələrin yığılmasına səbəb olur. Bu vəziyyətin qarşısını almaq üçün xalçaların tez-tez yuyulması tövsiyə edilsə də, bu həm iqtisadi cəhətdən baha başa gəlir, həm də vaxt aparır.
Uzun müddətdir otağınızın döşəməsində olan xalçadan pis qoxu gəlirsə, dəfnə yarpağı üsulu ilə mütləq bu problemdən sonsuza qədər xilas ola bilərsiniz.
İlk addım olaraq xalçanızı tozsoranla təmizləməyə başlayın. Bu hərəkət xalçadakı tozun böyük hissəsini təmizləsə də, pis qoxuya heç bir təsiri olmayacaq. Bu zaman pis qoxunu aradan qaldırmaq üçün bir çox evdə mövcud olan dəfnə yarpağı köməyinizə gələcək.
5-6 dəfnə yarpağı götürün və təzəcə tozsoranladığınız köhnə xalçanın altına qoyun. 24 saat gözləyin və ertəsi gün dəfnə yarpaqlarını çıxarın. Nəticə mütləq müsbət olacaq. Çünki dəfnə yarpağının canlı ətri sayəsində xalçanızdan təmizlik qoxusu yayılacaq.
Məryəm İlhamqızı