İnterpol əməliyyat keçirdi: 8 mindən çox silah, 575 ton narkotik, 14,2 min saxlanılan
    • 19-04-2023, 10:54
    • 170

İnterpol əməliyyat keçirdi: 8 mindən çox silah, 575 ton narkotik, 14,2 min saxlanılan

Beynəlxalq Polis Xidməti (İnterpol) martın 12-dən aprelin 2-dək Latın Amerikasının 15 ölkəsində odlu silahlara qarşı “Trigger IX” adlı əməliyyat keçirib.

News24.az xəbər verir ki, bu barədə İnterpol məlumat yayıb. 

Əməliyyatın Meksika, Braziliya, Kolumbiya, Argentina, Çili, Ekvador, Salvador, Boliviya, Kosta Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Peru və Uruqvayda 100-dən çox təhlükəsizlik işçisi ilə aparıldığı bildirilib. Əməkdaşlıq nəticəsində cinayətkarlara böyük zərbə vurulduğu qeyd edilib. 

"Trigger IX" əməliyyatında 8263 qanunsuz odlu silah və 305 min sursat müsadirə edilib, 14260 nəfər saxlanılıb.

Əməliyyat zamanı həmçinin bazar dəyəri 5,7 milyard dollar olan 203 ton kokain və digər narkotik vasitə, narkotik istehsalında istifadə olunan 375 ton xammal ələ keçirilib. /Haber Global/