Şəkidə ağır qəza, 4 yaralı var - Görüntülər
    • 18-05-2024, 22:59
    • 207

Şəkidə ağır qəza, 4 yaralı var - Görüntülər

Bu gün Şəkidə ağır qəza baş verib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Şəki-Oğuz yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə dörd nəfər ağır bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.