67 milyon illik dinozavr skeleti üçün 6,2 milyon dollar ödədi
    • 19-04-2023, 11:43
    • 155

67 milyon illik dinozavr skeleti üçün 6,2 milyon dollar ödədi

Avropada ilk dəfə T-Rex dinozavrına aid skelet hərraca çıxarılıb.

News24.az xəbər verir ki, 67 milyon illik Tyrannosaurus Rex (T-Rex) dinozavrının skeleti bir nəfər tərəfindən 5,55 milyon İsveçrə frankı (6,2 milyon dollar) qarşılığında alınıb.

11,6 metr uzunluğunda və 3,9 metr hündürlüyündə olan skelet mövcud olan ən möhtəşəm T-Rex skeletlərindən biri kimi təsvir edilir.

Alimlər dinozavr qalıqlarının şəxsi kolleksiyalara daxil olmasından narahatdırlar. /CNN Türk/