BMT ABŞ-a nota VERDİ - SƏBƏB
    • 19-04-2023, 12:11
    • 256

BMT ABŞ-a nota VERDİ - SƏBƏB

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-a nota verib.

News24.az xəbər verir ki, buna səbəb ABŞ Müdafiə Nazirliyinə aid məxfi sənədlərin sızdırılmasıdır. 

BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bildirib ki, məxfi sənədlərdə BMT-nin baş katibi Antonio Quterreş və BMT-nin digər yüksək rütbəli rəsmilərinin kommunikasiya trafikinə nəzarət edildiyinə dair məlumatlar olduğu üçün ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinə nota verilib.

Sızdırılan sənədlərdə ABŞ-ın BMT-nin baş katibi Quterreş və onun müavinini yaxından izlədiyi, telefon zənglərini dinlədiyi məlum olub.

Aynurə