Ramazan zəkatının paylanması zamanı izdiham yarandı - Ölənlər var
    • 20-04-2023, 09:47
    • 122

Ramazan zəkatının paylanması zamanı izdiham yarandı - Ölənlər var

Yəmənin paytaxtı Sənada bir məktəbdə Ramazan yardımı paylanması zamanı izdiham yaranıb.

News24.az xəbər verir ki, izdiham nəticəsində 78 nəfər həyatını itirib. Onlarla insan yaralanıb. 

Yəmən Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Hadisə şahidlərinin məlumatına görə, əvvəlcə atəş səsləri eşidilib. Ardınca elektrik naqilində partlayış olub. Bundan sonra əhali arasında çaxnaşma yaranıb. 

Qumral Əliyeva