Kabildə məsciddə partlayış olub, 50 nəfərə qədər insan öldü
    • 29-04-2022, 21:35
    • 297

Kabildə məsciddə partlayış olub, 50 nəfərə qədər insan öldü

Əfqanstanın paytaxtı Kabildə məsciddə partlayış olub.

Hadisə nəticəsində 50-dək insan ölüb.

Əfqanıstan mətbuatının verdiyi məlumata görə, partlayış Dar-ül-Aman küçəsi yaxınlığındakı Xəlifə Sahib məscidində namazdan sonra baş verib.

Taliban hərəkatının yaratdığı müvəqqəti hökumət partlayışı pisləyib.

Qeyd olunub ki, müqəddəs Ramazan ayında bu cür hadisənin baş verməsi yolverilməzdir. /Apa/