Gəncədə iş üçün müraciət edən şəxslər izdiham yaratdı -VİDEO
    • 25-11-2022, 11:03
    • 179

Gəncədə iş üçün müraciət edən şəxslər izdiham yaratdı -VİDEO

Gəncədə dövlət qurumunun qarşısında izdiham yaşanıb.

News24.az-ın məlumatına görə, həmin görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sosial şəbəkə istifadəçilərinin verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən işə qəbul elan edilib. İş üçün müraciət edən şəxslər müəssisənin önündə toplaşıb. Onlar içəri daxil olmaq üçün bir-birini itələməyə başlayıb. Nəticədə müəsissənin qarşısında xaos yaranıb.