Bu il rekord səviyyədə temperatur YÜKSƏK OLACAQ - XƏBƏRDARLIQ
    • 20-04-2023, 13:41
    • 305

Bu il rekord səviyyədə temperatur YÜKSƏK OLACAQ - XƏBƏRDARLIQ

Aparılan elmi qiymətləndirmə və proqnozlara görə, Sakit Okeanda temperaturun ümumi azalmasına səbəb olan La Nina atmosfer hadisələrindən sonra dünyada havanın temperaturu yenidən artıracaq.

News24.az xəbər verir ki, mütəxəssislər ciddi təsirlərin bu ilin sonlarına doğru hiss olunmağa başlayacağını bildiriblər. Çünki "El Nino" adlanan atmosfer hadisələri zamanı ekvator xətti boyunca əsən küləklər yüngülləşir və bu da okeanlarda suyun temperaturunun artmasına səbəb olur. Bu da rekord səviyyədə yüksək temperatur dövrünə işarə edir. Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktoru Karlo Buontempo hələ dəqiq məlumat olmasa da, bu il rekord temperaturun gözlənilə biləcəyini vurğulayıb.

Onun fikrincə, onun təsirlərinin ilin sonuna doğru daha çox hiss olunacaq.

Məlumdur ki, meteoroloji ölçmələr başlayandan indiyə qədər qeydə alınan ən yüksək temperatur 2016-cı ildə yaşanıb. 

Aynurə