Azərbaycanda havanın temperaturu iqlim normasından YÜKSƏKDİR - ASİF VERDİYEV
    • 19-05-2021, 15:21
    • 1 216

Azərbaycanda havanın temperaturu iqlim normasından YÜKSƏKDİR - ASİF VERDİYEV

“Son günlər ölkə ərazisinə Cənubdan ciddi isti hava axınının daxil olması temperaturun normadan yüksəlməsinə səbəb olub. Havanın temperaturu isə iqlim normasından yüksək olub. Temperaturun normadan yüksək olmasına baxmayaraq, may ayı üçün mütləq maksimum temperatur rekord göstəriciyə hələ çatmayıb”. 

Bunu News24.az-a açıqlamasında Miilli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib. 


Baş hidroloq bildirib ki, may ayı üçün regionlarda rekord göstərici 35,5 dərəcədir: “Son günlər Bakıda ən yüksək temperatur 15 mayda 33,7 dərəcə olub. Ümumiyyətlə, son illərin may ayı üçün temperatur göstəricilərinə nəzər salsaq, 2014-cü ildə Bakıda 34,6-35,2 isti dərəcə qeydə alınıb. Bundan əvvəlki illərdə isə 30-31 dərəcə maksimal temperatur müşahidə edilib. Bu il may ayında müşahidə edilən istilər qeyri-adi hal deyil. Aran rayonları üçün 36 dərəcə o qədər də yüksək deyil. Son illərin tendensiyası göstərir ki, may ayında havanın orta aylıq temperaturunun normadan yüksək olduğu illərin sayında artım müşahidə edilir. May ayı üçün ən pik temperatur 2012-2014-cü illərdə müşahidə edilib”.