-
- 20-04-2023, 15:56
- 250
Dünyada ilk: robot ağciyər transplantasiyası etdi
İspaniya dünyada ilk robot ağciyər transplantasiyasını həyata keçirib.
News24.az xəbər verir ki, 17 aprel 2023- cü ildə Barselonadakı bir xəstəxanada 65 yaşlı xəstəyə dünyada ilk dəfə tam robotlaşdırılmış ağciyər transplantasiyası əməliyyatı uğurla başa çatdırılıb.
Həkimlər döş qəfəsinin “sındırılmasını” tələb etməyən yeni üsuldan istifadə ediblər. Bütün manipulyasiyalar kiçik bir kəsiklə həyata keçirilir.
Həkimlərin sözlərinə görə, kəsik cərrah tərəfindən əl ilə aparıldıqdan sonra əməliyyat tam robot rejimində keçirib.
Da Vinçi robotunun dörd qolu ilə diametri 8-12 mm olan dörd kiçik dəlikdən keçib.
Bu üsul xəstə üçün çox az ağrılıdır - minimal invaziv əməliyyatdan sonra yara daha tez sağalır.
Həkimlər ümid edirlər ki, tezliklə bu cür əməliyyatlar adi hala çevriləcək və minlərlə insanın həyat keyfiyyətinin yaxşılaşmasına kömək edəcək.
Xəstə özünü yaxşı hiss edir./medicina/