Şəmkirdə sərxoş kişi evini yandırdı
    • 20-04-2023, 22:27
    • 311

Şəmkirdə sərxoş kişi evini yandırdı

Şəmkirdə yanğın hadisəsi baş verib.

Hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.

31 yaşlı Seyfəddin Bayramov sərxoş vəziyyətdə yaşadığı evdə yanğın törədib. Dərhal əraziə FHN Şəmkir Rayon Dövlət Yağından mühafizə hissəinin əməkdaşları cəlb olunub. 31 yaşlı kişi FHN əməkdaşları tərəfindən xilas edilib. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə edilib.

S.Bayramov sərxoş halda xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /APA/