Kürdəmirdə qəza zamanı bir ailənin üç üzvü xəsarət alıb - FOTO
    • 27-01-2023, 22:37
    • 348

Kürdəmirdə qəza zamanı bir ailənin üç üzvü xəsarət alıb - FOTO

Kürdəmirdə 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Kürdəmir-Zərdab yolunun Sovla kəndindən keçən hissəsində qeydə alınıb.

"Hyundai Elantra" markalı minik maşını ilə "Hyundai Santafe" markalı avtomaşın toqquşub.

Nəticədə "Hyundai Elantra"da olan bir ailənin üzvləri Ağcabədi rayon sakinləri - sürücü, 1989-cu il təvəllüdlü Əliyeva Günel Əbülfəz qızı və onun övladları, 2008-ci il təvəllüdlü Alıyeva Asina və 2004-cü il təvəllüdlü Alıyeva Məryəm Qulu qızları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır./APA/