Samuxda evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar
    • 21-04-2023, 14:18
    • 223

Samuxda evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar

Samuxda evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıblar.

Bu barədə News24.az-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 20-də Qarayeri qəsəbəsindəki evlərin birindən 1400 manat dəyərində məişət əşyaları, 2 ədəd təsərrüfat texnikası və 400 kiloqram metal oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri əvvəllər məhkum olunmuşlar — R.Həsənov və C.Xəlilov müəyyən olunaraq saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.