5 evdən oğurluq edən keçmiş məhkumlar ƏLƏ KEÇDİ
    • 17-09-2019, 12:06
    • 687

5 evdən oğurluq edən keçmiş məhkumlar ƏLƏ KEÇDİ

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birindən məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunanlar - S.Cəfərov və E.Qasımov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilənməlumata görə, ətraflarında aparılan tədbirlərlə onların daha 3 həyətyanı sahədən məişət əşyaları, 1 evdən isə təmir-tikinti alətləri, məişət əşyaları və inşaat materialları oğurlamaları da müəyyən edilib.