Mahatma Qandinin 20 həyat prinsipi - FOTO
    • 12-02-2019, 14:57
    • 1 489

Mahatma Qandinin 20 həyat prinsipi - FOTO

Mahatma Qandi - dünyada tanınan böyük liderlərdən biri!

Onu Hindistanın xilasedicisi, hindistanlılar isə "Xalqın atası" adlandırırlar.
Dahi şəxsiyyət olub, tarixə düşmək hər Adəm övladına nəsib olmur. Lakin Qandi keçdiyi ömür yolu, həyat prinsipləri ilə milyonlara örnək olan şəxsiyyətlərdən olub. 

Bu yazıda Mahatma Qandinin 20 həyat prinsipini oxucuların diqqətinə çatdırırıq. O prinsiplər ki, əməl etdikdə, insanın həyata baxış bucağını müsbətə doğru dəyişir:

1. Əvvəl onlar səni görməzdən gəlir, sonra sənə gülür, daha sonra isə səninlə mübarizə aparırlar. Sonda sən qalib gəlirsən!

2. Qisasa qisas dünyanı kor edir.

3. Bağışlamaq güclülərə xasdır, zəiflər bağışlamır və qisas alır.

4. Əgər səhv etmək azadlığı yoxdursa, onda azadlığın heç bir mənası yoxdur.

5. Şəxsi təcrübənin 1 qramı başqalarının tonlarla təlimatından ağırdır.

6. Digər insanı alçaldanın özünə hörməti maraqlı "sirrdir"...

7. Xoşbəxtlik sizin düşünərkən, danışarkən və davranarkən harmoniyaya köklənməyinizdir.

8. Məqsədi tapsaz, resurslar özləri ortaya çıxacaq. 

9. Yeganə yaşamaq qaydası başqalarını yaşatmaqdır. 

10. İnsanlarda yalnız yaxşını görmək lazımdır. Heç kim səhvsiz deyil. Ona görə də kimisə səhvinə görə qınamaq olmaz.

11. Öz müdrikliyinə əmin olmaq müdriklik deyil. Xatırlayın ki, bəzən güclü də zəiflik göstərir, müdrik isə səhv buraxır.

12. Vicdan işi kütlə bağırtısı ilə həll olunmur.

13. Nifrəti sevgi ilə, yalnışı doğru ilə, zoru gücünü isə səbrlə əvəzləyin.

14. Biri üçün mümkün olan hamı üçün mümkündür.

15. Öz icazəmiz olmadan kimsə bizə pislik edə bilməz.

16. Allah sevgidir! Bu, yeganə həqiqətdir ki, bütövlüklə dərk edilib, qəbul olunmalıdır. Sevgi Allaha bərabərdir!

17. Totalitarizm ya da müqəddəs demokratiya naminə - ölünün, yetimin və evsizin nəyinə lazımdır baş verən özbaşınalıq və ya uçurub, dağıtmalar nəyə xatirdir...

18. İnsan öz fikirlərinin ünsürüdür. Nə haqda düşünürsə, ona da çevrilir.

19. Həqiqi gözəllik təmiz ürəkdə cəmlənir.

20. Əgər dünyanın yaxşılığa doğru dəyişməsini arzulayırsansa, onda ilk olaraq özün dəyiş.

Hazırladı: Azər NƏSİBOV