"Azərbaycanla Gürcüstan arasında münasibətlər hərbi sahədə də uğurla inkişaf edir" - Prezident
    • 24-04-2023, 11:19
    • 265

"Azərbaycanla Gürcüstan arasında münasibətlər hərbi sahədə də uğurla inkişaf edir" - Prezident

Azərbaycanla Gürcüstan arasında münasibətlər müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf edir.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbulu zamanı vurğulanıb.

Dövlət başçısı və Gürcüstanın müdafiə naziri əməkdaşlığımızın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.