"Qərar ləğv olunsa, dünyanı dağıdaram" - Nazilə Səfərli
    • 24-04-2023, 12:21
    • 5 376

"Qərar ləğv olunsa, dünyanı dağıdaram" - Nazilə Səfərli

"Nə böyük uğurdu ki... Haqqım idi və qalib gəldim. Görüntülər var idi, adam adımı çəkə-çəkə şərəf və ləyaqətimi təhqir edib. Bu işi şouya görə etməmişəm. Oğullarım var, onlar dost içinə çıxanda deməsinlər ki, get, rəqqasə ananın dərdini çək. Rəqqasə peşədir. Şairə rəqqasəlik sözünü eyhamlarla demək olmazdı. Tək məndən yox, oğullarım və həyat yoldaşımdan da üzr istəyəcək".

News24.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli "Səhər mərkəzi" verilişində deyib. O, rəqqasə Fatimə Fətəliyeva ilə aralarında yaşanan qalmaqaldan bəhs edib:

"Yalandan xərc çəkirsən. Gördüyüm, məhkəməyə təqdim etdiyim görüntünü heç bir hakim ləğv edə bilməz. Dünyanı dağıdaram. Şərəf və ləyaqətimi alçaltmısan. Sənə güldən ağır söz deməmişəm. Gəl, yol yaxınkən geri dön, qürur edirsənsə, yeri yoxdur. Qürurunu sındıraram. Düşünmə ki, təsadüfi yollarda bağışlayacağam, olmayacaq. Əxlaqıma dil uzatmısan. Yol yaxınkən geri dön. Sənin dalaşdıqlarını nəzərə alsaq, salonunda səni söyənlərin yanındasan".

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib. Nazilə məhkəmədə qalib gəlib. Fatimə isə apellyasiya məhkəməsinə müraciət edib. 

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.