Nazilə Səfərli küsülü olduğu Fatimə Fətəliyeva və Xose Bernardo ilə barışdı
    • 2-01-2019, 12:19
    • 3 169

Nazilə Səfərli küsülü olduğu Fatimə Fətəliyeva və Xose Bernardo ilə barışdı

Şairə Nazilə Səfərli ilə küsülü olan müəyyən şou nümayəndələri barışıblar.

Bu haqda News24.Az-a şairə özü məlumat verib. O, bildirib ki, "Maşın Şou"nun finalı günü əvvəl rəqqasə Fatimə Fətəliyeva ilə aralarında rəsmən barışıq olub. Barışıq əlini ona uzadan rəqqasə xanımın bu jesini şairə səmimi qəbul edib.

"Fatimə gözəl insan-anadır. Eləcə də sənətində peşəkar insandır. Onun barışıq səmimiyyətinə inandığım üçün qarşılıq verdim. Ümid edirəm ki, bundan sonra onunla münasibətimiz həmişə səmimi qalacaq" - deyən N. Səfərlinin digər barışığı şouda qalmaqal yaşadığı aparıcı Xose Bernardo ilə baş tutub. Səfərli bildirib ki, çəkiliş zamanı Xose heç nə olmamış kimi, ona yaxınlaşaraq, bayramını təbrik edib.

"Düzdür, Xose ilə "Maşın"da aramızda çəkişmə oldu. Ona çox əsəbi idim. Amma çəkilişdə mənə gülər üzlə yaxınlaşıb, təbrik etdiyi üçün mən də ona olan əsəbimi unutdum. Düşünürəm ki, nə oldusa, şouda qaldı. Bu, şouda aramda gərginlik yaşanan hər kəsə aiddir. Amma yox, kimsə mənimlə ədavətə davam edəcəksə, bundan yana əsla narahat deyiləm. Çünki, mən mərd insanam, əsla kinli deyiləm. Birinə də nəsə edəndə, mərdi-mərdanə etdiyimi bildirirəm"!

News24.Az