Qələbə Günü paradında iştirak edəcək yeganə xarici lider odur – FOTO
    • 24-04-2023, 14:34
    • 203

Qələbə Günü paradında iştirak edəcək yeganə xarici lider odur – FOTO

Qırğızıstan Prezidenti Sadır Japarov bu il Moskvada keçiriləcək Qələbə Günü ilə bağlı paradda yeganə xarici prezident olacaq.

News24.az 
oxu.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezident Administrasiyasına yaxın diplomatik mənbəsi məlumat yayıb.

Məlumata görə, Qırğızıstan prezidenti Qələbə Günündə Rusiyaya səfəri planlaşdırılan yeganə xarici liderdir.

Sadır Japarovun Qələbə gününə həsr olunmuş təntənəli mərasimlərdə iştirakı gözlənilir.

Xatırladaq ki, keçən il mayın 9-u günü Moskvaya heç bir xarici lider dəvət olunmamışdı.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bununla bağlı ona ünvanlanan sualı cavabsız qoyub. O, digər xarici liderlərin bayram münasibətilə Moskvaya gəlib-gəlməyəcəyi ilə bağlı suala şərh verməyib.