Makronun yenidən prezident seçilməsinin ildönümündə etiraz aksiyası keçirildi
    • 25-04-2023, 11:55
    • 120

Makronun yenidən prezident seçilməsinin ildönümündə etiraz aksiyası keçirildi

Fransada Emanuel Makronun yenidən prezident seçilməsinin ildönümü minlərlə insanın yenidən etirazı qarşılanıb.

News24.az xəbər verir ki, bütün ölkədə, o cümlədən Parisdə gözlənilməyən mitinqlər keçirilib. 

İnsanlar meydanlarda və meriyanın qarşısında qazanlara döyərək “Makron istefa” şüarları səsləndiriblər.

Nümayişçilər Fransanın təhsil nazirinin gecə saatlarında iş səfərindən gəldiyi paytaxtın dəmir yolu vağzalına da daxil olublar. 

Etirazçılar, nazirə şəxsən iradlarını bildirmək istəyiblər. Lakin polis kütləni platformadan uzaqlaşdırıb. 

Renn, Marsel, Strasburq və digər şəhərlərdə də Makrona qarşı mitinqlər keçirilib. Lionda prezidentin siyasəti ilə razılaşmayanlar təhlükəsizlik qüvvələrinə fişənglər atıblar. /Ren Tv/