-
- 12-02-2019, 18:11
- 1 860
Yaqub Zurufçu: “Mən “Ayrılıq”ı Ququşdan yaxşı ifa etmişəm” – İDDİA - VİDEO
Məşhur “Ayrılıq” mahnısı bir çox mahir ifaçılar tərəfindən səsləndirilib.
Onların ən yadda qalanı mahnının ilk ifaçısı Fatma Qənnadı, Ququş və Yaqub Zurufçu da var. Lakin mahnının kimin ifasında daha çox sevilməsi həmişə mübahisələrə səbəb olub. Əməkdar artist Yaqub Zurufçu “Ayrılıq” mahnısının kimin ifasında daha uğurlu alındığı barədə News24.az-ın sualını cavablandırıb: “Mən uşaqlıqdan Azərbaycan dilində oxuyan müğənni kimi İranda tanınmışdım. Ququş isə həmişə fars musiqilərini ifa edib. Onun səsləndirdiyi “Ayrılıq” insanlara çox da yaxşı təsir bağışlamadı. Çünki, o, Azərbaycan musiqisini oxumurdu. “Ayrılıq” hələ tam yayılmamışdı ki, İranda inqilab oldu. Hər şey bir-birinə dəydi. Ona görə də, bazarlarda nə Ququşun mahnısı, nə də mənim mahnım satılmadı. Mənim ifamda “Ayrılıq” insanlar arasında çox bəyənildi. Dostum Aqil Abbas həmişə mənə deyir ki, “Ayrılıq” sənin ifanda insanda milli hislər oyadır, Ququşun ifasında isə aşiqə yazılmış musiqiyə bənzəyir”.
Əməkdar artist “Ayrılıq” mahnısının yaradıcılığında şah əsər etmədiyini də açıqlayıb: “Mən o vaxt bu musiqini oxuyanda savadsız bir müğənni idim. Son zamanlarda ifa etdiyim başqa musiqilər var ki, daha yüksək səviyyəlidir. Düşünürəm ki, oxumaq insanın içindən gəlməlidir. Başqa musiqilər texniki baxımdan “Ayrılıq”dan qat-qat üstün olsa da, mən indi onu həmin hisslərlə ifa edə bilmərəm. Çünki o zamanlarda mən ayrılığı hiss etmişdim. Atam gəlib uzun illər Azərbaycanda yaşayıb Təbrizə qayıtmışdı. 40 il bundan əvvəl İranla Azərbaycan arasında olan qadağalar “Ayrılıq”ı bu cür həzin oxumağa məni vadar etdi”.
Şəlalə AĞAYEVA