Yaqub Zurufçu ilk dəfə HƏYAT YOLDAŞI İLƏ KLİPDƏ - VİDEO
    • 21-09-2019, 15:05
    • 3 368

Yaqub Zurufçu ilk dəfə HƏYAT YOLDAŞI İLƏ KLİPDƏ - VİDEO

“Bu musiqi ürəyin simlərinə toxuna bilir. Elə bir insan yoxdur ki, dənizi, sahili, dalğanı sevməsin. “Dəniz” mahnısında barışıq, dostluq münasibətlərindən danışılır”.

Bu sözləri illər sonra “Dəniz” mahnısına yeni nəfəs verən əməkdar artist Yaqub Zurufçu News24.az-a danışarkən deyib. İfaçı həyat yoldaşı Aynur xanımı tərəfmüqabili kimi çəkdiyi ekran işi haqda bunları deyib:  “Mən Nəbi Xəzri ilə görüşəndə də ona şeirin gözəl olduğunu bildirdim. Həm də qızımın adı ilə eynidir. Hər zaman belə şeirlərin axtarışında olmuşam. Ümumiyyətlə sözlərin xalqa yaxın, vətənpərvərlik ruhunda olmasına üstünlük verirəm. Yaxşı sözlər oxumağa çalışıram. Mən toyda çox oxuyan, hara gəldi çıxan müğənni olmamışam axı. Belə fikrim də yoxdur.

Düşündüm ki, mahnını yenidən oxuyum və yeni kliplə təqdim edim. Xalqımız görsün ki, bu əsər heç vaxt yaddan çıxan deyil”.

Y.Zurufçu illər öncəyə qayıdaraq “Dəniz” mahnısının ərsəyə gəlməsindən də söz açıb: “Mən bu əsəri Nəbi Xəzridən alanda təxminən 1990 ya 1992-ci il olardı. Ona musiqi yazdım və 93-94-cü ildə hazır oldu. Amerikada təqdim etdim. Dörd il sonra isə klipi çəkdik. Həmin dövlərdə demək olar ki, klip yox idi. Daha sonra ilə “Ayrılıq”ı çəkdik”.

Qeyd edək ki, "Dəniz" klipinin rejissoru Nail Naiboğludur.