"Ayrılıq"ın müəllifinin ölümü ilə bağlı Yaqub Zurufçu danışdı
    • 9-02-2019, 16:55
    • 1 489

"Ayrılıq"ın müəllifinin ölümü ilə bağlı Yaqub Zurufçu danışdı

"Bir daha belə "Ayrılıq" mahnısı yazılmayacaq. Ayrılıq elə bir sözdür ki, bundan gözəl yazıla bilməzdi. Neçə dəfə yazılsa belə həmin “Ayrılıq” olmayacaq”. 

Bunu News24.az-a açıqlamasında sözügedən mahnının sözlərinin müəllifi Fərhad təxəllüslü Rəcəb İbrahimi Korabazlının vəfatına münasibət bildirərkən əməkdar artist Yaqub Zurufçu deyib.

Sənətçi Rəcəb İbrahimi Korabazının vəfatı ilə bağlı xəbəri təsdiqləyib: “Sonuncu dəfə görüşəndə onun xəstə olduğunu öyrəndim. Dostumuz idi, onun vəfatı məni çox üzdü. Ailəsiylə danışdım və xəbərin doğru olduğunu öyrəndim.

Hazırda onun yaradıcılığını araşdırıram və deyə bilərəm ki, çoxsaylı şeirləri var ki, heç biri Azərbaycanda tanınmır. O şeirlərə neçə-neçə gözəl mahnılar bəstələnməlidir”.

 Ülkər QASIMOVA