Qayınata gəlinini güllələyib cəsədini yandırdı - FOTO
    • 25-04-2023, 16:57
    • 188

Qayınata gəlinini güllələyib cəsədini yandırdı - FOTO

Türkiyədə dəhşətli cinayət hadisəsi törədilib.

News24.az xəbər verir ki, hadisə Muğlanın Seydikemer mahalının Atlıdere rayonunda baş verib.

Əldə edilən məlumata görə, 72 yaşlı Kamil adlı şəxs gəlini ilə mübahisə edib. 

Həmin vaxt qadın evdən çıxaraq yaxınlıqdakı tövləyə qaçıb. Gəlinin ardınca gedən qayınatası ov tüfəngi ilə onu vurub. Daha sonra isə cəsədi yandıraraq hadisə yerindən qaçıb.

Qatil meşəlik ərazidə silahla saxlanılıb. /Haber Global/