Xaçmazda avtomobil 24 yaşlı qadını vurub, sürücü qaçıb
    • 2-11-2018, 11:23
    • 1 202

Xaçmazda avtomobil 24 yaşlı qadını vurub, sürücü qaçıb

Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

Məlumata görə, rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Hicran qızı Əhmədovanı naməlum avtomobil vurub, sürücü hadisə yerindən qaçıb. Yaralı ətrafdakıların köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. 
Xəstəxanada "Report"un yerli bürosuna bildirilib ki, A.Əhmədovaya baş-beyin silkələnməsi, alının cırılmış-kəsilmiş yarası diaqnozu qoyulub və vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

//Report