Keçmiş sevgilisinin evinə "Molotov kokteyli" atdı
    • 4-04-2023, 09:52
    • 179

Keçmiş sevgilisinin evinə "Molotov kokteyli" atdı

İzmirin Bayraklı bölgəsində sərxoş olduğu iddia edilən şəxs keçmiş sevgilisinə dəhşət yaşadıb.

News24.az xəbər verir ki, 42 yaşlı kişi keçmiş sevgilisinin yaşadığı binanın qarşısına gələrək qışqırmağa başlayıb.

O, daha sonra özü ilə gətirdiyi iki "Molotov kokteyli"ni binaya ataraq hadisə yerindən qaçıb.

"Molotov kokteyli"nin biri binanın bağçasına, digər isə qadının yaşadığı mənzilin divarına dəyib.

Yanğının baş verdiyini görən məhəllə sakinləri aidiyyəti qurumlara məlumat veriblər.

Binanın divarında baş verən kiçik miqyaslı yanğını söndürülüb.

Qısa müddətdə hadisə yerinə gələn polis qrupları, ətrafda təhlükəsizlik tədbirləri görərək hadisə yerindən qaçan və sərxoş olduğu iddia edilən şəxsi saxlayıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. /Haber Global/