Kolumbiya prezidenti bütün nazirlərdən istefa vermələrini istədi
    • 26-04-2023, 08:25
    • 321

Kolumbiya prezidenti bütün nazirlərdən istefa vermələrini istədi

Kolumbiya prezidenti Qustavo Petro hökumətin tərkibini dəyişmək üçün bütün nazirlərdən istefa vermələrini istəyib. 

News24.az xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti məlumat yayıb. 

Nəşr qeyd edib ki, prezidenti Qustavo Petronun qərarı bütün nazirlərin postlarını itirməsi demək deyil.

Qəzetin mənbəsinin verdiyi məlumata görə, prezident administrasiyası Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyində kadr dəyişikliyini müzakirə edir.

Hökumət Nazirlər Kabinetinin yenidən təşkili planlarını hələ təsdiq etməyib.

Dəyişikliklərlə bağlı məlumat icra hakimiyyətinin irəli sürdüyü səhiyyə islahatının parlament komissiyası səviyyəsində səsvermədən çətinliklə keçməsindən sonra ortaya çıxıb. 

Qeyd edək ki, Qustavo Petro Kolumbiyanın dövlət başçısı vəzifəsinə 2022-ci il avqustun 7-də başlayıb. O, ölkə tarixində solçuları təmsil edən ilk prezident olub.