Ermənistan XİN-də istefa dalğası davam edir - O da getdi
    • 31-05-2021, 16:49
    • 466

Ermənistan XİN-də istefa dalğası davam edir - O da getdi

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan istefa edib.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə A.Naqdalyan "Facebook" hesabında məlumat verib. 

Qeyd edək ki, 27 may tarixində Ermənistanın XİN başçısı vəzifəsini yerinə yetirən Ara Ayvazyan, 31 may tarixində isə xarici işlər nazirinin müavini Qaqik Qalaçyan istefa edib.