Sinqapurda altı aydan sonra ilk edam
    • 26-04-2023, 08:47
    • 297

Sinqapurda altı aydan sonra ilk edam

Sinqapurda narkotik ticarətində adı hallanan və ölüm cəzasına məhkum edilən sinqapurlu asılaraq edam edilib.

News24.az xəbər verir ki, bu, ölkədə 6 aylıq müddətdən sonra ilk ölüm cəzası olub. 

46 yaşlı sinqapurlu Qangaraju Supa Çanqi həbsxanasında edam edilib. 

Qangaraju Supa 2018-ci ildə bir kiloqramdan çox marixuanın qanunsuz dövriyyəsində iştirak etdiyinə görə ölüm cəzasına məhkum edilib.

Aprelin 20-də Sinqapurda altı aylıq fasilədən sonra edamların bərpa ediləcəyi açıqlanıb.

Ölkədə sonuncu edam 2022-ci ilin oktyabrında həyata keçirilib.

Yerli qanunlara görə, asılma yolu ilə həyata keçirilən ölüm cəzası narkotik vasitələrin daşınması, adam oğurluğu, silahlı basqın, qəsdən adam öldürmə, terror hücumlarına cəhdə görə verilir. 

Rəsmi məlumatlara əsasən, 2016-2019-cu illərdə ölkədə əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 25 ölüm hökmü icra edilib. /AFP/