AMB 5 bankda yoxlama APARDI
    • 26-04-2023, 12:11
    • 703

AMB 5 bankda yoxlama APARDI

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2016-cı ildən etibarən yaranmış qısa açıq valyuta mövqeyi problemi cari ilin iyul ayının əvvəllərində Mərkəzi Bankın valyuta satışı hesabına həll edilərək normativ tələbə uyğunlaşdırılıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Vurğulanıb ki, Bankın likvidlik və valyuta mövqeyi davamlı əsasda nəzarətdə saxlanılır.

AMB həmçinin cari il ərzində nəzarət çərçivəsində bank sektorunun maliyyə dayanıqlığı diqqətdə saxlandığını açıqlayıb: " Bank sektorunda kredit riskləri, xarici valyuta bazarında trendlər və dollarlaşma prosesləri mütəmadi izlənmiş, geosiyasi proseslərin təsiri nəticəsində aktuallığını artırmış hesablaşma kanalları monitorinq edilmiş, bankların cari maliyyə vəziyyəti qiymətləndirilib. Hesabat dövründə 5 bankda, 4 bank olmayan kredit təşkilatında və “Azərpoçt” MMC-də hərtərəfli yoxlama, habelə 4 bankda tematik yoxlama aparılıb. Nəzarət alətlərinin səmərəli tətbiqi nəticəsində bankların maliyyə dayanıqlığı qorunub, əhalinin bank sektoruna inamı artıb".