Xalq artistinin vəziyyəti AĞIRDIR: “Ümidimiz Allahadır”
    • 26-04-2023, 13:34
    • 416

Xalq artistinin vəziyyəti AĞIRDIR: “Ümidimiz Allahadır”

“Atamın vəziyyəti çox ağırdır”.

News24.az xəbər verir ki, bunu Xalq artisti Aftandil İsrafilovun səhhəti barədə danışarkən qızı Həcər İsrafilova Yenicag.az-a açıqlamasında deyib.

O, atasının heç kimi tanımadığını, danışmadığını, yemək yemədiyini bildirib:

“Atam komaya düşməyib, lakin huşu üstündə deyil, heç bir reaksiya vermir. Aparata qoşulu halda reanimasiyadadır, yanına heç kim buraxılmır. Həkimlər də də heç bir söz demir. Ümidimiz yalnız Allahadır, atam üçün dua edirik”.

Qeyd edək ki, ciyərlərində və ürəyində problemlər yaranan Xalq artisti bir neçə həftədir ki, reanimasiyaya yerləşdirilib.