-
- 26-04-2023, 16:58
- 497
"Sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi təhlükəsizliyi təmin edəcək" - Nazir
"Azərbaycan tərəfindən sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi şəffaflığı və təhlükəsizliyi təmin edək".
News24.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov aprelin 26-da Litvanın xarici işlər nazirinin müavini Mantas Adomenasla görüşdə deyib.
Post‐münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı bərpa və quruculuq işləri, regionda nəqliyyat və kommunikasiyaların açılması, sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi və davamlı təxribatları ilə üzləşdiyi qeyd edilib.
Nazir Laçın-Xankəndi yolunda qeyri-qanuni fəliyyət barədə ətraflı məlumat verib.