Qubada 19 yaşlı tələbə bıçaqlandı
    • 26-04-2023, 23:36
    • 233

Qubada 19 yaşlı tələbə bıçaqlandı

Qubada 19 yaşlı tələbə bıçaqlanıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təhsil alan Ağdam rayon sakini 2004-cü il təvəllüdlü Nəsirov Rəvan Xaliq oğluna rayonun "28 may" parkında bıçaq xəsarətləri yetirilib.

Yaralı xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdirma aparılır. /Report/