Türkiyədə bu gün səsvermə  başlayır
    • 27-04-2023, 08:05
    • 138

Türkiyədə bu gün səsvermə başlayır

Türkiyədə prezident və 28-ci parlament seçkiləri üçün xaricdə qeydiyyatda olan Türkiyə vətəndaşlarının bu gün səhər saat 08:00-dan etibarən səhrhəd keçid məntəqələrində və xarici nümayəndəliklərdə səsvermə prosedurları başlayır.

News24.az xəbər verir ki, ölkə xaricində yaşayan Türkiyə vətəndaşlarının səs verəcəyi məntəqələrdən biri olan İstanbul Hava Limanında səsvermənin başlamasına saatlar qalmış son hazırlıqlar tamamlanıb.

Seçicilər İstanbul Hava Limanında 6-sı gəliş, 6-sı gediş mərtəbəsində olmaqla 12 seçki qutusunda səs verə biləcəklər.

Xaricdə yaşayan vətəndaşların xəsvermə prosedurları mayın 14-ü bazar günü saat 17.00-dək davam edəcək. /Haber Global/