Səsvermə bitdi - SƏSLƏR SAYILIR
    • 9-02-2020, 19:00
    • 935

Səsvermə bitdi - SƏSLƏR SAYILIR

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar keçirilən səsvermə başa çatıb.

News24.az xəbərinə görə, saat 08:00-da start verilən səsvermə prosesi saat 19:00-da yekunlaşıb.
Qeyd edək ki, parlament seçkiləri 125 dairəni əhatə edir və səsvermə 5573 məntəqədə aparılıb.

Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub. Bu seçkidə 5 milyon 329 min 460 nəfərə seçkilərdə səsvermə hüququndan istifadə etmək hüququ verilib.

Qeyd edək ki, parlament seçkilərində 1314 namizəd mübarizə aparır.