Türkiyədə “sükut günü” başlayıb
    • 30-03-2019, 20:03
    • 974

Türkiyədə “sükut günü” başlayıb

Sabah Türkiyədə keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar martın 30-da yerli vaxtla saat 18.00-dan etibarən təbliğat və təşviqat işləri dayandırılıb.

News24.az
bildirir ki, Ali Seçki Komissiyasının qərarına əsasən “sükut günü” martın 31-i saat 21.00-dək davam edəcək. Səsvermə ölkənin şərq və cənub-şərq bölgələri daxil olmaqla, 31 vilayətdə yerli vaxtla saat 7-dən 16-dək, digər bölgələrdə isə saat 8-dən 17-dək davam edəcək.
Anadolu agentliyi səsvermə prosesi ilə bağlı məlumatları 13 dildə 2500 xarici və yerli kütləvi informasiya vasitəsi ilə paylaşacaq.