Bu gün Türkiyə "Texnofest" başlayır
    • 27-04-2023, 10:07
    • 186

Bu gün Türkiyə "Texnofest" başlayır

Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı "Texnofest" bu il 7-ci dəfə İstanbulda keçiriləcək.

News24.az
"TRT Haber" ə istinadla xəbər verir ki, "Texnofest" bu dəfə qonaqlarını Atatürk Hava Limanında qəbul edəcək.

Xatırladaq ki, "Texnofest" ilk dəfə 2018-ci ilə İstanbulda keçirilib. Texnofest çərçivəsində 14 müxtəlif kateqoriyada keçirilən yarışlara ümumilikdə 4 min 333 komanda və 20 min gənc müraciət edib. Həmin il festivalı 550 min insan ziyarət edib.

Qeyd edək ki, Texnofest Azərbaycanda ilk dəfə 2022-ci ildə “Baku Crystal Hall”da keçirilib. Bu yarışlara 1010 komanda və 5636 şəxs müraciət edib.

Qumral Əliyeva