Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək
    • 18-09-2021, 18:12
    • 387

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.