BMT baş katibinin köməkçisi Ermənistana gəldi
    • 5-05-2024, 15:56
    • 146

BMT baş katibinin köməkçisi Ermənistana gəldi


BMT Baş katibinin köməkçisi, qurumun Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç mayın 5-də Ermənistana dördgünlük səfərə gəlib.

News24.az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, İvana Zivkoviçin səfərinin məqsədi BMT-nin İnkişaf Proqramının Ermənistan hökuməti ilə tərəfdaşlığını müzakirə etməkdir.

Məlumata görə, Jivkoviç səfər zamanı Ermənistan parlamentinin spikeri, Ermənistan baş nazirinin müavini və Ermənistan xarici işlər nazirinin müavini ilə görüşəcək.