-
- Dünən, 22:42
- 403
Marketlərdən toplanılacaq qida siyahısı— şokolad, süd, kərə yağı...
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi qida müəssisələrinin riayət etməli olduğu qaydalar təlimatını yeniləyib.
News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qida qablaşdırmalarının əsas görüntülərinə dair tənzimləmələr edilib. Yufkadan şokolada qədər onlarla məhsulda olan ifadələrə məhdudiyyət gətirilib. Təbii, əl işi, həqiqi sözlərinin yer aldığı məhsullar marketlərdən yığışdırılacaq.
Qida etiket, reklam və broşürlərindəki şəkillər və nümunəli göstərişlər istehlakçını aldadıcı terminlərlə eyni çərçivədə araşdırılacaq.
Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi qida müəssisələrinin riayət etməli olduğu qaydaları əhatə edən "Türk Qida Kodeksi Qida Etiketləmə və İstehlakçıları Məlumatlandırma Qaydaları Təlimatı"nı yenilədi.
Təlimatda qida qablaşdırmalarının əsas görüntülərinə dair tənzimləmələr edilib.
Buna əsasən, qida məhsullarının etiket, reklam, broşür və internet səhifələrində istifadə olunan şəkillər və nümunəvi təsvirlərin istehlakçılara qidanın adından və digər izahedici ifadələrdən daha təsirli ola biləcəyi qiymətləndirildi. Bu çərçivədə, həmin şəkil və təsvirlər, istehlakçını aldadıcı termin və ifadələrlə eyni çərçivədə araşdırma və nəzarətə tabe tutulacaq.
Arxa plandakı təsvirlər və şəkillər qidanın növü, tərkibi, keyfiyyəti və ya mənşəyi baxımından istehlakçını aldatmayacaq şəkildə olacaq.
İstehsalında qida komponenti əvəzinə tamamilə ətirləndirici istifadə edilən qidanın etiketində həmin qida komponentinin həqiqi təsviri istifadə edilə bilməz. Qidanın ətirli olduğu görüş sahəsində yazılacaq.
Meyvə, tərəvəz və ya ədviyyat kimi məhsulların etiketində həqiqi təsvirin yer alması üçün dad verənin ətirləndirici əvəzinə həmin məhsullar olması tələb olunacaq./moderator