Azərbaycanlı məşhur vəfat etdi - FOTO
    • 13-02-2019, 13:49
    • 1 514

Azərbaycanlı məşhur vəfat etdi - FOTO

Azərbaycanın xalq rəssamı Altay Hacıyev vəfat edib.

News24.az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət Nazirliyi yayıb.

Fevralın 12-də dünyasını dəyişən Altay Hacıyev 1931-ci il aprelin 2-də Bakıda rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açıb.

1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib.

Altay Hacıyev 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

"Xalqımızın ulduzları" silsiləsindən olan "Tomris", "Məhsəti Gəncəvi", "Sara Xatun", "Xurşudbanu Natəvan", "Tuti Bikə", "Aşıq Pəri", "Ağa Bəyim Ağa" və b. əsərlərin müəllifidir.