Avtomobillərin arasında qalan şəxs TANINMAZ HALA DÜŞDÜ - DƏHŞƏTLİ QƏZA
    • 27-04-2023, 18:18
    • 479

Avtomobillərin arasında qalan şəxs TANINMAZ HALA DÜŞDÜ - DƏHŞƏTLİ QƏZA

Sürətlə gələn avtomobillə öz maşınının arasına sıxışdı, göyə sıçrayan cəsədi əzilmiş halda maşınların üstünə düşdü.

News24.az xəbər verir ki, sosial şəbəkələrdə maraq doğuran olay Çinin mərkəzi küçələrindən birində qeydə alınıb. Müşahidə kamerasına düşən görüntülərdən bəlli olduğu kimi magistral yolda avtomobilini saxlayaraq yol işi görən şəxslər bir anda dəhşətli qəza ilə üz-üzə qalıblar. Belə ki, yolun orta hissəsinə yerləşdirilmiş beton dirəkləri rəngləyən işçiyə kömək edən sürücü təhlükəli yerdə avtomobili park edərək işlərini görməyə çalışan anda qarşı tərəfdən yüksək sürət həddi ilə gələn maşının hədəfindən yan keçə bilməyib. Xoşbəxtlikdən dirəyə boya çəkən işçi qəzadan son anda qurtulsa da, sürücü əksinə onun caynağından çıxa bilməyib. Nəticədə iki maşının arasında qalaraq havaya uçan şəxsin cəsədi əzilmiş avtomobillərin üstünə düşüb.

Qəza törədən sürücü ağır xəsarət alaraq xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb./avtosfer.az/