Mədinədə hacıları daşıyan avtobus alovlandı - VİDEO
    • 26-07-2018, 15:12
    • 760

Mədinədə hacıları daşıyan avtobus alovlandı - VİDEO

Mədinədə dəhşətli faciə baş verib.

News24.az xəbər verir ki, avtobus  karvanına qarşıdan  gələn bir avtomobilin çarpılması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü həyatını itirib.

Qəzadan sonra hər iki avtomobil alovlanıb. Avtobusun sürücü ölməzdən öncə son anda qapıları açmaqla hacıların həyatını xilas edə bilib. Sürücülər isə avtomobillərin deformasiyaya uğraması səbəbi ilə oturduqları yerdən çıxa bilməyiblər, nəticədə hər ikisi yanaraq can verib.