Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi qaydası DƏYİŞDİ
    • 28-04-2023, 13:14
    • 394

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi qaydası DƏYİŞDİ

Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun icrası ilə bağlı əlavə tədbirlər barədə” 23 dekabr 2000-ci il tarixli fərmana dəyişiklik edib.

News24.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üçün nəzərdə tutulan sənədləri və yaxud məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə etmək mümkün olduqda, həmin sənədlər və ya məlumatlar icarəçi, hərracda iştirak etmək istəyən şəxslərdən və sifarişçidən tələb edilməyəcək. Belə sənədləri və ya məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə etmək mümkün olmadığı hallarda onların təqdim edilməsi icarəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və ya icarəçi, hərracda iştirak etmək istəyən şəxsl və sifarişçi tərəfindən təmin ediləcək.