Ən sürətli zibil qutusu rekord qırdı
    • 29-04-2023, 10:44
    • 268

Ən sürətli zibil qutusu rekord qırdı

Sosial şəbəkələrdə ixtiraçı bloger Kris Kollinzin yaydığı video böyük diqqət çəkib.

O, çoxdan idi həmkarı Endi Cenninqsin zibil qutusunu maksimal sürətlə sürmək rekordunu qırmaq istəyirdi. Kris nəhayət istəyinə çatıb. 

2021-ci ildə Endi zibil qutusunu  saatda 72,5 kim/ saat sürərək heyrət doğurmuşdu. 

Kollinz zibil qutusunun sürətini 101 km/saata çatdıra bilib. Bunun üçün qutuya xüsusi mühərrik qoşub və özünün də oturması üçün yer hazırlayıb./lent.az/