"20 Yanvar"da quru ot sahəsi yandı
    • 29-05-2021, 15:30
    • 369

"20 Yanvar"da quru ot sahəsi yandı

Bakı şəhərinin Nəsimi rayonunda ("20 Yanvar" metrostansiyasına yaxın ərazi) hasara alınmış ərazidə təqribən 1 ha sahədə quru ot və 1 ədəd plastik zibil qutusu yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yaxınlıqdakı ağaclar və digər zibil qutuları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.