Aftandil İsrafilov II Fəxri Xiyabanda dəfn ediləcək
    • 29-04-2023, 23:25
    • 271

Aftandil İsrafilov II Fəxri Xiyabanda dəfn ediləcək

Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov ilə 30 aprel tarixində saat 11:00-da Heydər Məscidində vida mərasimi keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərhum sabah saat 12:00-da II Fəxri Xiyabanda dəfn olunacaq.