-
- 30-04-2023, 09:54
- 399
Şəmkirdə ağır yol qəzası - polis əməkdaşı öldü
Şəmkir şəhər ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.
DİN-in mətbuat xidmətindən News24.az-a bildirilib ki, aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub.
Nəticədə S.Əliyev hadisə yerində dünyasını dəyişib, yaralılar isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S. Əliyev polis zabiti olub, Gədəbəy Rayon Polis Şöbəsində xidmət edirdi.
***
Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva” markalı avtomobillə 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “VAZ-21021” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə Seyidrüstəm Əliyev Mirsalam oğlu hadisə yerində dünyasını dəyişib
Digər avtomobildə olanlar, 2001-ci il təvəllüdlü Bağırov Fikrət Nizami oğlu, 2000-ci il təvəllüdlü Quluzadə Toğrul Azər oğlu, həmyaşıdı Mahmudov Zirəddin Namiq oğlu və 2002-ci il təvəllüdlü Mahmudov Azər Namiq oğlu müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.
Onlardan ikisinin vəziyyəti ağır, digərlərinin kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır