Ağcabədidə avtomobillər toqquşub, ölən var
    • 24-02-2022, 13:28
    • 768

Ağcabədidə avtomobillər toqquşub, ölən var

Ağcabədidə avtomobillər toqquşub, ölən var.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə fevralın 23-də saat 22 radələrində şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini R.Əliyevin idarə etdiyi “Toyota” və Beyləqan rayon sakini B.Bəyalıyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Daha sonra “VAZ-21011” markalı avtomobil səkidə dayanan şəhər sakini Rauf Quliyevə dəyib. Nəticədə R.Quliyev hadisə yerində ölüb.

Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.